Avropa Birliyi Xorvatiyanı Şengen zonasına qəbul etdi



 16:36 09.12.2022     351

Avropa Birliyi Xorvatiyanı vizasız səyahət etməyə imkan verən Şengen zonasına daxil edib.

Demedia.az xəbər verir ki, Brüsseldə Avropa Birliyi ölkələrinin daxili işlər nazirlərinin toplantısında Xorvatiyanın Şengen zonasına daxil olması üçün bütün ölkələr razılıq verib. Qaydalara görə, hər hansı ölkənin Şengen zonasına daxil olması üçün bütün ölkələrin razılığı olmalıdır.

Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olması barədə keçirilən səsvermədə Avstriya qarşı çıxıb. Nəticədə Rumıniya və Bolqarıstan Şengen zonasına qəbul edilməyib. Məlumata görə, buna səbəb siyasi məsələlərdir.

Bahadur Seyidov