"Finlandiya və İsveç məsələsi Türkiyə ilə ikili məsələyə çevrilməyəcək"



 18:31 09.12.2022     325

“Finlandiya və İsveçin NATO-ya daxil olması barədə məsələ ABŞ və Türkiyə arasında ikili məsələyə çevrilməyəcək”.

Demedia.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken belə açıqlama verib. O bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı önəmli təhlükəsizlik qayğıları ortaya qoyub. Blinkenin sözlərinə görə, İsveç və Finlandiya Türkiyənin narahat olduğu məsələləri həll etmək üçün tədbirlər görür. Blinken Türkiyənin haqlı təhlükəsizlik narahatlıqlarının olduğunu və bunu anladıqlarını ifadə edib. Q

eyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına razılıq verməyib. Türkiyə bu dövlətlərdən PKK terrorçularına dəstəyi dayandırmağı tələb edir.

Bahadur Seyidov