“Türkiyə Finlandiyanın terrora qarşı mübarizədə qərarlı olduğuna güvənə bilər” - Antti Kaikkonen



 17:29 09.12.2022     360

“Türkiyə Finlandiyanın terrora qarşı mübarizədə qərarlı olduğuna güvənə bilər”.

Demedia.az xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Kaikkonen belə açıqlama verib. O bildirib ki, Finlandiya NATO-ya üzv olmaq barədə Türkiyənin razılığını almaq üçün önəmli qərarlar qəbul edəcək.  Müdafiə naziri qeyd edib ki, Finlandiya Türkiyə ilə hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçirir. Antti Kaikkonenin sözlərinə görə, Finlandiya Türkiyənin təhlükəsizlik narahatlıqlarına anlayışla yanaşır.

Qeyd edək ki, Türkiyədə səfərdə olan Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Bahadur Seyidov