Sülhməramlıların ailələri Qarabağa köçürülür? - ŞOK AÇIQLAMA



 12:01 09.12.2022     479

Erməni mənbələr sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi ilə bağlı iş aparıldığını iddia edir: Araik Rusiya ilə bu istiqamətdə danışırlar aparır, razılıq verildiyinə dair məlumatlar var.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, informasiyanın doğruluğu sual altındadır:

"Xüsusilə rus kongingentindəki hərbçilərin zaman-zaman yerdəyişməsi fonunda. Lakin bu ssenarinin separatçılara və ruslara sərf etdiyi də həqiqətdir.

Separatçılar mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanı “sülhməramlıların ailələrinə qarşı da hücumda” ittiham edə, bununla rus kontingenti üzərindən özlərinin müdafiəsini təşkil edə biləcəklər;

Rusiya bununla Qarabağdakı “rus icması”nı böyüdə və bölgədə uzunmüddətli qalmaq imkanlarını genişləndirə bilər".

Xəyalə Məmmədova / Demedia.az