İran Türkiyə Azərbaycan tandeminə qarşı hərəkətə keçib - Açıqlama



 17:03 09.12.2022     479

İran Ermənistana gələn ilin ilk aylarından başlayaraq PUA və Kamikadze dronlar verəcək.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Türkiyə Azərbaycan birgə hərbi təlimlərindən sonra İranın bu addım atacağı gözlənilir:

"İran Türkiyə Azərbaycan tandeminə qarşı hərəkətə keçib. Ermənistanı silahlandırmaqla sülh müqaviləsinin bağlanmasına qarşıdır. Regionda yeni gərginlik və hərbi aktivlik gözlənilir. Azərbaycanın regionda yeni konfiqurasiya qurması istiqamətində atdığı addımlar İran və Rusiya tərəfindən qarşısı alınır".

Xəyalə Məmmədova / Demedia.az