Separatçılarının yenidən silahlanmasının qarşısını almaq üçün... - HƏRBİ EKSPERT



 16:04 09.12.2022     622

Qarabağdakı erməni separatçılarının yenidən silahlanması, onların kənar güclər tərəfindən bu şəkildə stimullaşdırılmasının qarşısını almaq üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirməlidir.

Demedia.az xəbər verir ki, bunu hərbi şərhçi Ramil Məmmədli deyib.

O bildirib ki, paralel olaraq isə hələ də Qarabağda yerləşmiş Ermənistan Müdafiə Nazirliyinin 1-ci Əlahiddə Ordusunun hərbi birləşmələrinin və separatçı ermənilərin qanunsuz silahlı bölmələrinin çıxarılması (yaxudda, tərkisilah edilməsi) üçün ciddi tələb irəli sürülməlidir:

"Bu tələblər icra olunmadığı təqdirdə həmin silahlı birləşmələrin hərbi hissələri aviasiya zərbələri və müvafiq hərbi əməliyyatla məhv edilməlidir".

Xəyalə Məmmədova / Demedia.az