Çuğundurun MÖCÜZƏVİ FAYDASI: 1 gün içsəniz...



 22:33 09.12.2022     1185

​Çuğundur insan orqanizmi üçün faydalı olan tərəvəzlərdən biridir.

Tərkibi vitaminlər, mikro və makroelementlər, həmçinin, faydalı birləşmələrlə zəngindir. Düzdür, çuğunduru yeməkdə və ya salatda sevməyənlər də var. Onlar üçün bu tərəvəzdən faydalanmağın ən yaxşı yolu çuğundurdan hazırlanan məhluldur.

Bəribaşdan deyim ki, haqqında danışdığım məhlul xalq təbabətində və kosmetologiyada geniş istifadə edilir.

Məhlul: -metabolizmanı nizamlayır; -qaraciyəri toksinlərdən təmizləyir; -təzyiqi stabilləşdirir; -damarları möhkəmlədir; -orqanizmdəki zərərli maddələrin xaric olunmasını təmin edir; -mədə-bağırsaq traktatının işini normallaşdırır; -bədənin fiziki quruluşunu yaxşılaşdırır; ​Çuğundur məhlulu “təbii enerji içkisi” də sayılır. ​Məhlulun hazırlanma qaydası. ​Hazırladığınız məhlulun təbiiliyindən əmin olmaq üçün, yaxşı olar ki, çuğunduru da özünüz becərəsiniz. Çuğundurun tərkibindəki maddələrin əksəriyyəti suda həll olmaq qabiliyyətinə malikdir. Bir də, istifadə edəcəyiniz çuğundurların qabığını soyun ki, hazırladığınız məhlul həddən artıq nitrat yüklü olmasın. ​Orta ölçülü 1 çuğunduru yuyun, qabığını soyun. 3 l təmiz suyun içinə iri şəkildə doğrayın və qaynamağa qoyun. Ta ki, suyun 1⁄3-i qaynayaraq çəkiləndə, çuğundur dilimlərini sudan çıxarın. Soyuyandan sonra sürtgəcdən keçirin. Təzədən suya qatın, 10-15 dəqiqə qaynadın. Sonra soyumasını gözləyin və için.

Qeyd edim ki, mütəxəssislər hər dəfə təzə məhlul içilməsini məsləhət görür. Yəni, bu gündən hazırlayıb sabaha saxlamağın faydası yoxdur. Klassik üsulla hazırlanmış məhlul 1 gün ərzində içilməyə bəs edir. Səhər hazırladığınız məhluldan lazım olan qədərini için, yerdə qalanı soyuducuya qoyun. Növbəti dəfə içəcəyiniz vaxtdan 30 dəq əvvəl otaq temperaturuna çıxarın və azca havalandırıb için. ​Məhlulun qəbulu. ​Çuğundur məhlulu tərəvəzin özü qədər faydalıdır. Tərkibində B qrupu vitaminləri, C vitamini və maddələr mübadiləsində katalizator rolunu oynayan birləşmələr var. Alma turşusu, limon turşusu və süd turşusu da çuğundur məhlulunun tərkibində yetəri qədər mövcuddur. Düzdür, termik emala məruz qalarkən bəzi birləşmələr dəyişikliyə uğrayır, amma bu da məhlulu rahat həzm olunan və yüngül içkiyə çevirir.

Çuğundur şirəsindən fərqli olaraq, məhlul mədədə heç bir “kəpənək effekti” yaratmır. Başqa sözlə, mədədə qıcqırma və yanma olmur. Kaliumdan dəmirədək bir çox mikroelementləri orqanizm bu məhluldan ala bilir. Həmçinin, məhlul pektin, lif və zülalla da zəngindir. ​Orqanizmdəki bir çox problemlər çuğundur məhlulunun köməyilə aradan qalxa bilər. ​Hipertoniya zamanı. ​

Yüksək arterial təzyiqdən əziyyət çəkənlər hər gün 0,5 l çuğundur məhlulu içməlidir. Yaxşı olar ki, məhlulu iki dəfəyə, hər dəfə də yeməkdən sonra içəsiniz. Mütəxəssislər məsləhət görür ki, məhlul qəbul edilən ərəfədə kələm, yerkökü və kartofla zəngin yeməklərə üstünlük verilsin. Prosedur 1 ay davam etməlidir. Sonra arada 1 ay fasilə verməklə yenidən təkrarlamaq olar. ​Damarların təmizlənməsi üçün. ​Ürəyin işindəki bəzi problemlərin aradan qalxmasında orqanizmə dəstək olan çuğundur məhlulu damarların təmizlənməsini də məsuliyyətlə “yerinə yetirir.” 3-4 orta ölçülü çuğunduru xırda doğrayın, üstünə çıxanadək su əlavə edin və vam odda 5-6 saat qaynadın. Sonra soyumasını gözləyin. Elə ki, soyudu, üzərinə 1 stəkan təbii bal və 1 stəkan 70%-li sirkə, 4 limonun təzə sıxılmış şirəsini əlavə edin. Yaxşıca qarışdırın. Hər gün 1 xörək qaşığı bu qarışımdan ilıq halda qəbul edin. Diqqət edin: mədə xorasından əziyyət çəkənlər bu qarışımdan istifadə etməməlidirlər. ​Dabandakı çatlar zamanı. ​Çatlar varsa, hər gün ayaqları çuğundur məhlulu ilə vanna eləmək lazımdır. Müsbət nəticəyə nail olmaq üçün prosesi mütəmadi olaraq, təkrarlayın. ​Kişi sağlamlığı üçün. ​Klassik üsulla hazırlanmış məhlul prostat vəzinin sağlamlığını dəstəkləyir. Belə ki, o, vəzidə problem yaranmasının qarşısını alır, simptomları azaldır, orqanın işini yaxşılaşdırır. Gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı çuğundur məhlulu içən kişilər prostat vəzi xəstəliklərindən sığortalanmaq şansı əldə edirlər. Prosedur 2-3 həftə davam etsə, yaxşı olar. Adətən, bu müddət ərzində kişilər artıq özlərini yaxşı hiss edirlər. Ardınca 14 günlük fasilə verməli, sonra proseduru təkrarlamalısınız.

Qaraciyəri təmizləmək üçün. ​Ən böyük daxili orqanımızı zərərli maddələrdən və toksinlərdən təmizləməyin üsullarından biri də çuğundur məhlulunu “köməyə çağırmaqdır”. İçki orqanın işini yaxşılaşdırır, simptomları azaldır, qaraciyərin gücə düşməyinin qarşısını alır. 3 saatdan bir qəbul edilən məhlul klassik üsulla, hər dəfə təzə-təzə hazırlanmalıdır. Qaraciyərin təmizlənməsi prosesi 1-2 həftə davam etməlidir. Çalışın ki, bu ərəfədə ağır fiziki işlərlə məşğul olmayın. Yaxşı olar ki, məhlulu qəbul edəndən sonra uzanasınız və mədənizi isti şalla sarıyasınız. Çünki istilik məhlulun terapevtik qabiliyyətini artırır. ​Angina (tonzillit) zamanı. ​Gündə 4-5 dəfə boğazı çuğundur məhlulu ilə qarqara eləmək simptomların aradan qalxmasını təmin edir. 1 litr məhlula 40 ml duru bal əlavə edin. Əvvəlcə, bu qarışımla boğazı qarqara edin, ardınca da klassik üsulla hazırlanmış məhluldan için. ​Qaymorit zamanı. ​Gündə 3-4 dəfə buruna çuğundur məhlulundan damızdırın. Hər dəfəsində, ən çoxu, 4 damcı bəs edər. Əlinizdə duru bal varsa, onu da məhlula qataraq istifadə edə bilərsiniz. Sadəcə, çalışın ki, balı məhlula 1:9 nisbətində qatasınız. ​Avitaminoz və anemiya zamanı. ​100-150 ml çuğundur məhlulunu yeməkdən 15 dəq əvvəl, gün ərzində 4-5 dəfə qəbul edin. Yeməkarası fasilələrdə təzə yerkökü yemək məsləhətdir. Prosedurun müddəti 1 aydır. Ondan sonra yaxşı olar ki, 1 ay fasilə verəsiniz. ​Mədə şirəsinin turşuluğunu azaltmaq üçün. ​1-2 xörək qaşığı həcmində bişmiş çuğundur, yaxud çuğundur məhlulu qəbul etmək faydalıdır. Bu zaman mədə şirəsinin turşuluğu azalır, həzm prosesi daha rahat olur. Gündə 3 dəfə, yeməkdən 15-20 dəq əvvəl qəbul edilməlidir. Terapevtik kursun davam etməsi 2 ay çəkməlidir.

​Arıqlamaq üçün. ​Çuğundur məhlulunun köməyilə arıqlamağın bir neçə metodu var. İstiqamət isə 2-dir: a) əsas yeməkləri çuğundurla əvəz etmək ( təzə çuğunduru sürtgəcdən keçirib yemək, çuğundur salatı hazırlamaq, yaxud bişirib yemək). Səhər yeməyini və nahardakı ilk yeməyi 500 ml çuğundur məhlulu ilə əvəzləmək olar. b) yeməkdən 30 dəq əvvəl 200-300 ml məhlul qəbul etmək.(bu metodu 1-2 həftə tətbiq edin, sonra 1 ay fasilə verin. 1 ayın ardından təkrarlayın). Şişkinlik və köp zamanı. 0,5 l çuğundur məhlulu və 0,5 l kefiri gün ərzində 3-4 saatdan bir növbəli şəkildə içmək lazımdır. Yaxşı olar ki, onları yeməkdən 30 dəq əvvəl qəbul edəsiniz. 3-cü dəfədən sonra orqanizmin rahatlaşdığının fərqinə varacaqsınız. Zərərləri və əks təsirləri. Faydalarını saymaqla bitirə bilmədiyimiz çuğundur məhlulu da hərdən ziyanlı ola bilir. Bəzi sağlamlıq problemləri zamanı məhlul istifadə olunmamalıdır. -şəkərli diabet; -hipotoniya; -artrit; -podaqra; -osteoporoz; -sidik sistemi xəstəlikləri; -mədə xorası; -onikibarmaq bağırsaqda yara; -individual reaksiya; Həmçinin, uşaq əmizdirən analara da çuğundur məhlulu qəbul etmək məsləhət görülmür. Malik olduğu turşuluq uşağın bağırsağında problemlər yaradır. 1 yaşlı uşaqlara sutkada 2-3 damcı olmaq şərtilə çuğundur məhlulu verilə bilər. Orqanizmdən asılı olaraq, çuğundur şirəsi mədədə yanma, bağırsaqda ishal, qanda şəkərin miqdarının artması və iştahın küsməsi kimi problemlər yarada bilər. Bu zaman həkim məsləhəti mütləqdir.

Böyrəyində daş olanlar da çuğundur məhlulundan uzaq durmalıdır. Yox, əgər məhlulun faydalarından yararlanmaq istəyirlərsə, bunu həkim nəzarətində etməlidirlər.

Bahadur Seyidov / Demedia.az