Medvedyev: Rusiya yeni nəsil silahların istehsalını sürətləndirib



 14:31 12.12.2022     367

Rusiya özünü  Avropa, ABŞ və Avstraliyadakı düşmənlərindən qorumaq üçün yeni nəsil silahların istehsalını sürətləndirib.

Demedia.az xəbər verir ki,  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev belə açıqlama verib. O bildirib ki, Rusiya ən güclü məhvetmə silahlarına diqqəti artırıb. Medvedyev silahların detalları barədə açıqlama verməyib. Medvedyevin sözlərinə görə, Rusiya özünü müdafiə etmək üçün belə həmlələr edir.

Qeyd edək ki, bundan əvvəl Prezident Vladimir Putin bir neçə dəfə Rusiyanın səsdən sürətli raketlər də daxil olmaqla yeni silahlar istehsal etdiyini açıqlayıb.

Bahadur Seyidov