Kosovoda sülh qüvvələrinə hücum edildi



 11:25 12.12.2022     339

Kosovonun Rudare bölgəsində yerli serblərin qurduğu barrikadaların yaxınlığında Avropa Birliyinin Qanunun Aliliyi Missiyasının patrul qrupuna səs bombası ilə hücum edilib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Qanunun Aliliyi Missiyasından açıqlama verilib. Məlumata görə, hücum zamanı xəsarət alan olmayıb. Açıqlamada hadisə qınanıb və Kosovoya hadisəni təşkil edənlərin məsuliyyətə cəlb edilməsi barədə çağırış edilib.

Bildirilib ki, təxribata baxmayaraq Avropa Birliyinin Qanunun Aliliyi Missiyası Kosovonun sabitliyini dəstəkləmək və bütün vətəndaşların təhlükəsizliyini qorumaq üçün qətiyyətlə işləməyə davam edəcək.

Bahadur Seyidov