Fransa polisi Parisdəki ixtişaşlar barədə açıqlama verdi



 12:28 12.12.2022     372

Parisdə Mərakeş milli komandasının fanatlarının ixtişaşları zamanı 108 nəfər nəzarətə götürülüb.

Demedia.az xəbər verir ki, bu barədə Paris polisi məlumat yayıb. Bildirilib ki, Mərakeş millisinin ½ finala çıxması münasibətilə yürüş təşkil edən fanatlarla polis arasında gərginlik yaşanıb. Məlumata görə, azərkeşlər dağıntıya səbəb olduğuna, gözyaşardıcı bomba daşıdığına və asayişi pozduqlarına görə nəzarətə götürülüb. Yürüşə ümumilikdə 20 min azərkeş qatılıb.

Qeyd edək ki, polis azərkeşlərə müdaxilə etmişdi. Azərkeşlər isə buna fişəng atmaqla cavab vermişdi.

Bahadur Seyidov