Ukrayna ordusu rusların hərbi bazasına hücum etdi



 10:31 12.12.2022     368

Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Zaporojye vilayətinin Melitopol şəhərindəki hərbi bazaya hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Melitopol şəhərinin bələdiyyə sədri İvan Fedorov açıqlama verib. O bildirib ki, hücum zamanı 200-dən çox rus hərbçi həlak olub. Bələdiyyə sədri sosial media hesabındakı açıqlama zamanı qeyd edib ki, hücum gecə saatlarında təşkil edilib. Rusiya tərəfi hələki hücum barədə açıqlama verməyib.

Qeyd edək ki, Xerson, Luqansk, Donetsk və Zaporojye vilayətlərində Rusiyaya birləşmək barədə saxta referendum keçirilib. Referendumdan sonra Ukrayna əraziləri ilhaq edilib.

Bahadur Seyidov