Serbiya Kosovoya ordu göndərmək istəyir


“Serbiya ordusu və polisi Kosovonın şimalına yerləşmək üçün NATO-nun ərazidəki qüvvələrinə müraciət edəcək”.
Demedia.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlama verib. O bildirib ki, Serbiya Kosovonun şimalına yaşayan vətəndaşlarını qorumaq üçün belə qərar verib. Vuçiç Kosovonun şimalına yaşayan serblərə qarşı davranışlardan narahatlıq ifadə edib.
“NATO-nun Kosovodakı ordusundan Serbiya ordusunun və polisinin Kosovonun şimalına yerləşməsini tələb edəcəm. Bu, dövlətin qərarıdır” - Vuçiç deyib.
Bahadur Seyidov