Orion kosmik aparatı Yerə qayıtdı



 18:31 12.12.2022     425

ABŞ-ın Aya insan göndərmək proqramı çərçivəsində kosmosa buraxdığı Orion kosmik aparatı Yerə qayıdıb.

Demedia.az xəbər verir ki, uçuş uğurlu alınıb. Məlumata görə, Orion 25 günlük tapşırığın ardından Sakit okeanının Meksika sahillərinə düşüb. Bildirilir ki, kosmik aparat Ay və Yer arasında ümumilikdə 385 min kilometr məsafə qət edib. Orion kosmik aparatının əvvəlcə Kaliforniya sahillərində enməsi planlaşdırılmışdı.

Lakin regiondakı hava şəraiti ilə əlaqədar kosmik aparatın Yerə enməsi barədə plan yenidən nəzərdən keçirilib.

Bahadur Seyidov