Çavuşoğlu: Türkiyə və Əlcəzair Fələstin məsələsində eyni mövqedədir



 17:29 12.12.2022     331

“Fələstin məsələsində Əlcəzair və Türkiyənin mövqeyi eynidir və heç bir vaxt dəyişməyəcək”.

Demedia.az xəbər verir ki, Əlcəzairdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Əlcəzair səfəri zamanı iki ölkə arasındakı məsələlərlə yanaşı regional problemlər də müzakirə edilib. Çavuşoğlunun sözlərinə görə, Türkiyə Əlcəzairin Fələstində tərəflər arasındakı vasitəçilik fəaliyyətini dəstəkləyir və buna görə təşəkkür edir.

Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyənin və Əlcəzairin Liviyada da sabitliyin bərpa edilməsi barədə mövqeyi eynidir.

Bahadur Seyidov