Məşhur milyarderin TÖVSİYƏLƏRİ: Həmişə daha artığını edin



 21:33 13.12.2022     1809

1835-1919-cu illərdə yaşamış dünyanın ən varlı adamlarından biri, “Düşün və varlan” kitabının yazılmasına səbəb olan Andrew Carnegie…

Andrew Carnegie 17 may 1848-ci ildə ailəsi ilə birgə İrlandiyadan ABŞ-a köçür. Ailə Pensilvaniyada olduqca kiçik bir evdə məskunlaşır. Andrew`in ABŞ-dakı ilk işi toxuma fabrikində makaralara nəzarət etmək idi.  Qısa  müddət sonra həmin fabrikdə layihələrin qeydə alınması şöbəsində işinə davam edir.  Sonrakı işi məlumat şöbəsində idi.  Məhz bu şöbədə qazandığı təcrübə onun bir teleqraf firmasında yüksək maaşlı iş tapmasına səbəb olur. Ağlı, zəkası və məsuliyyətli olması Andrew`in firmada müdir köməkçisinə qədər yüksəlməsinə təkan verir. 

Müdiri dünyasını dəyişəndən sonra o dövrkü ABŞ-da polada olan ehtiyacın fərqinə vardı. Düzdü, polad haqqında heç bir fikri yox idi, amma bu məlumatsızlığı onu sərmayəçilər tapmaqdan, onları polad işinə sərmayə yatırmağa təşviq etməkdən çəkindirmədi.  Üstəlik, işçi heyətini sırf işi bilən insanlardan təşkil etdi. Beləcə, polad sənayesinə girişdi. Və bütün bunları edərkən o, 30 yaşını təzəcə arxada qoymuşdu.  

Ardınca Pitsburqda öz şirkətini-Carnegie Steel Company`ni qurdu. Nəticədə, Federal Steel Company kimi bir neçə kiçik şirkət onun şirkətiylə birləşdi. Beləcə, United States  Steel Corporation meydana gəldi. 
2500-dən çox kitabxana açmış, bir  neçə universitet açmış,  xeyriyyə məqsədilə milyonlarla dollar xərcləməkdən çəkinməmiş bir adamdır Andrew Carnegie. 
“Burda özündən daha ağıllı insanları işlədən biri yatmaqdadır”. Bu sözlər onun məzar daşına yazılıb. Və bu cümlənin yazılmasını Andrew  özü vəsiyyət etmişdir. 
Təkrar edirəm; polad haqqında, polad sənayesi haqqında heç bir məlumatı olmamasına baxmayaraq,  işə girişir: sərmayəçiləri tapır, işini bilən insanları işə götürür. 

-Bir işə başlayarkən həmin iş haqqında mütəxəssis olub-olmamağın o qədər də önəmi yoxdur; daha sonra öyrənə bilərsiniz. 
-Pulunuz yoxdursa, sərmayəçi tapın, layihə haqqında onu məlumatlandırın, işini bilənləri işə götürün, amma işi özünüz idarə edin. 
-İstədiyiniz məbləğdə pula nə zaman sahib olmaq istəyirsiniz? Bir tarixi dəqiqləşdirin.
-Öhdənizə düşənləri etdiniz deyə həmən özünüzü rahatlığın qoynuna atmayın. 
-Əgər insan həyatından məmnundursa, onun istedadının və ya hansısa bacarıqlarının olub-olmamasının mənası yoxdur. 
-Səmimi olaraq etiraf edin: arzuladığınız var-dövləti əldə etmək üçün hansı bədəli ödəməyə hazırsınız?

Bunlar Andrew Carnegie`nin sözləridir. 

-İki insan heç vaxt yüksələ bilməz: tapşırılan işi yerinə yetirməyənlər və tapşırılan işdən daha artığını etməyənlər.
-Həddən artıq sərvət sahibinin çiyninə ömür boyu ona xidmət etmək məsuliyyətini qoyur. 
-Özünə kömək etmək istəyənə və özünü xilas etmək istəyənə kömək et. 
-Həmişə daha artığını edin.
-At yarışlarında fərqin nə qədər böyük olduğu önəmli deyil; yarışın sonunda bir atın başı qədər öndə olan qazanır.
-Varlı olaraq ölən, yəni, pulunu bəşəriyyət naminə xərcləmədən, hamısını özünə saxlayaraq ölən biri rəzil kimi ölmüşdür. 
-Bizim yaşımıza çatanda bir problem meydana çıxır. Bu, sahib olduqlarımızın necə paylaşdırılacağıdır. Elə paylaşdırmalıyıq ki, varlılar və kasıblar arasında bağ olsun, onları doğmalaşdırsın.
-Düşündüyünüz hər şeyi yazın: pulun məbləğini, ona sahib olmaq istədiyiniz vaxtı, qarşılığında əldən verməyə hazır olduğunuz şeyi. Sonra bir fəaliyyət planı hazırlayın. 
-Özlərini motivasiya edə bilməyən insanlar istedadları olsa da, “sıradan biri” olmaqla razılaşmalıdırlar. 
-Yaşlandıqca insanların söylədiklərinə daha az əhəmiyyət verirəm. Bunun yerinə, onların nə etdiklərinə baxıram. 
-Varlıların vəzifəsi  xeyriyyəçilikdə və sadəlikdə digər insanlara nümunə olmaqdır. 
-Axşam yatmamışdan qabaq və səhər-səhər gözlərinizi yumun, günü necə keçirdiyinizi, yeni günə olan planlarınızı özünüzə xatırladın. 

Andrew Carnegie`nin söylədikləri “Düşün və varlan” kitabında yazılanlara çox bənzəyir. Çünki həmin kitabın yazılmasına səbəb olan elə onun özüdür. Napoleon Hill onun yanına  müsahibə almaq üçün gedir.  Andrew  deyir: “Hazırsansa, bu sirri sənə açaram. Ən bacarıqlı 500  insan haqqında məlumat toplamağını istəyirəm. Sonra da bir kitab tərtib elə.”
O vaxtadək bu mövzuda bir kitab belə, yazılmamışdı.   Hill`in “Düşün və varlan” kitabı  şəxsi inkişaf kitablarının “atası” sayılır.  O, bu kitabı yazmaq üçün 25 il araşdırma aparıb.  Kitabın yazılmasına səbəb olan isə  Andrew Carnegie`dir. Kitabı alıb oxumağınız yaxşı olar. 

-İstədiyiniz pula sahib olduğunuzu xəyal edin və buna inanın. 
-Məqsədinizə çatmaq üçün qətiyyətlə fəaliyyət planı hazırlayın. Planı həyata keçirməyə hazır olub-olmadığınız haqqında fikirləşməyin; həmən hərəkətə  keçin. 
-İstədiyiniz pulun miqdarını  dəqiqləşdirin. 
-“Çox pulum var!”-demək yetərli deyil, dəqiq olun, qəti bir rəqəm söyləyin. 

Carnegie bir insanın həyatının birinci qismini sərvət əldə etməyə, kinci qismini isə bu sərvəti paylaşdırmağa həsr etməsinin labüdlüyünə inanırdı. 

-Hər bir işi özü görmək istəyən, yaxud bunu etdiyi üçün bütün  təşəkkürü təkcə özü eşitmək istəyən birindən BÖYÜK LİDER olmaz. 
-Kimsə pilləkənləri qalxmağa istəkli deyilsə, onu üzüyuxarı itələyə bilməzsiniz. 
-Özlərini motivasiya etməyi, həyəcanlandırmağı bacarmayan insanlar da var. Digər istedadları, bacarıqları belə, onların “sıradan bir insan” olmalarını dəyişdirə bilmir. 
-Başqalarının həyatlarına günəş kimi saçanlar öz həyatlarını da nurlandırırlar. 
-Uğur başqalarının haqqına girmədən, yaşamın gərəkdirdiyi hər şeyi əldə etmə gücüdür. 
-Yüksəlmək  üçün ən  uyğun vaxt başqa heç kimin  risk etməyə cəsarəti çatmadığı  andır. 
-Bir şirkətin sahib olduğu ən əvəzsiz sərmayə insanların biliyi və istedadıdır. 

Müsahibələrindən birində  jurnalist Andrew Carnegie`dən soruşur: 
-43 milyoneri necə  əlinizin altında işlədə bildiniz? 
O, cavab verir: 
-Onlar  mənimlə işləməyə başladıqlarında milyoner deyildilər. Mən onlara pulu necə qazanacaqlarını göstərdim.   Varlı olmağa gedən yol işçilərinizi daha da varlı etməkdən keçər. 

Uğur qazanmış insanların tövsiyələrini və möhtəşəm fikirlərini dinlədikcə, onların uğur sirrinə daha yaxşı vaqif oluruq. Onu da anlayırıq ki, onlar bu uğura layiq idilər! Hədəflərini müəyyən ediblər, plan hazırlayıblar, irəliləməkdən çəkinməyiblər. 
Hər zaman  uğur qazanmağınız diləyilə! 

Bahadur Seyidov / Demedia.az