Bu islahatlar Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı - Deputat



 14:02 12.12.2022     566

Dekabrın 12-si Milli Lider Heydər Əliyevin anım günüdür. Ümummili lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı. Milli liderinin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyası həyatda stabilliyin əldə edilməsi ilə yanaşı ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi.

Demedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı:

"MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

Milli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stbailliyinin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonraki dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev rəhbərliyi ilə dayanıqlı və inkluziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müsair çağrışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu".

Xəyalə Məmmədova / Demedia.az