İçi nüvə silahı ilə dolu olan MAYAK - ŞOK ARAŞDIRMA



 21:03 12.12.2022     779

Yer üzündə hər gün yeni bir məkanın kəşf edildiyi günlərdə Atlantik okeanından Sakit okeana təbii keçid axtaran saysız-hesabsız tədqiqatçılar müəmmalı şəkildə boğularaq, dondular və ya yoxa çıxdılar. 

1906-cı ildə norveçli tədqiqatçı Roald Amundsen Şimal-Qərb keçidini keçərək Alyaskaya çatmağı bacardı. Şimal-Qərb keçidinin bacısı olan Şimal-Şərq keçidi də çətinlikləri ilə bacısı kimi çətin yol idi.

Bu ticarət yolunun tədqiqi Şimal-Qərb keçidinin kəşfi ilə təxminən eyni vaxtda başladı. İlk britaniyalı dənizçilər donmuş sularda üzdülər, tezliklə hollandlar və digər avropalı tədqiqatçılar Şərqi Asiyaya qurudan daha sürətli və daha az geosiyasi baxımdan riskli ticarət yolu tapmaq üçün işə başladılar.
Şimal-şərq keçidinin əhəmiyyətini dərk edən rus çarları marşrutu tədqiq edən kəşfiyyatçılara sponsorluq edirdilər. 1879-cu ildə Adolf Erik Nordenskiöld təxminən bir il əvvəl başladığı ekspedisiya ilə Şimal-Şərq keçidini keçən ilk şəxs oldu.

Rusiyanın çar hakimiyyətinin hökm sürdüyü illərdə mühüm sayılan Şimal-Şərq keçidi çar rejiminin devrilməsindən sonra da əhəmiyyətini qoruyub saxlamışdır. Hakimiyyətə gələn bolşeviklər mühüm ticarət yoluna çevrilməyə başlayan Şimal-Şərq keçidini daha da istifadəyə yararlı etmək üçün bəzi layihələr həyata keçirdilər. Bölgədə sağlam daşıma təmin etmək üçün buzqıran gəmilər işə başlayıb. Şimal-şərq keçidi hələ də çətin yol idi. Yolun daha təhlükəsiz olması üçün nəzərdə tutulan layihələrdən biri də marşrut boyu yüzlərlə mayakların tikilməsi olub.

Dalğalı və təhlükəli sularda gəmilər təhlükəsiz hərəkət etməli və düzgün kursu izləməli idilər. Qütb mayakları məhz bunu etdi. Sovet İttifaqı tərəfindən tikilən mayaklar Şimal-Şərq keçidindəki ağır şəraitə görə ilk tikilərkən növbə ilə işləyən 12 nəfərlik qruplar tərəfindən idarə olunurdu. Bir müddət sonra, mayaklarda işləmək üçün kadr çatışmazlığı yarandıqda, mühəndislər alternativ həll yollarını nəzərdən keçirməyə başladılar.

Bu, Soyuq Müharibə dövrü idi və enerji dedikdə ağıla ilk gələn variant nüvə enerjisindən başqa bir şey deyildi. Görülən planlaşdırmadan sonra hava şəraitinin sərt olduğu və nəqliyyatın çətin olduğu bölgələrdə fənərlər üçün nüvə enerjisi ilə işləyən sistemlərin quraşdırılmasına qərar verilib. Bu mayaklardan ən maraqlısı Şimal-Şərq keçidinin cənubunda və Yaponiyanın şimalında yerləşən Saxalin adasında tikilmiş mayak idi.
"Aniva" adlanan və 1930-cu illərin sonlarında inşa edilən mayak 50 ilə yaxındır ki, bir çox insanı qəbul edib. Təqvimlər 1990-cı ili göstərəndə Sovet İttifaqı (SSRİ) Anivada işləyən bütün heyəti geri çəkdi və mayakda nüvə batareyaları quraşdırıldı. Sovet İttifaqı bir il sonra rəsmən dağılsa da, SSRİ-nin varisi Rusiya Anivanın bir müddət xidmətini davam etdirməsini təmin etdi. 2006-cı ilə qədər Aniva tamamilə tərk edildi. Mayak kimi vəzifəsini başa vuran bina bu inkişafdan sonra turizmə xidmət göstərməyə başlayıb.

Xidmətdən çıxarıldıqdan sonra turizm məqsədilə istifadə olunmağa başlayan Aniva Lighthouse hər il yüzlərlə turisti qəbul edir. Girişi çox çətin olan mayağa ancaq 90 dəqiqəlik maşınla, sonra isə təxminən 2 saat davam edən qayıqla getmək olar.
Mayaka çatan ziyarətçilər, quruluşun ən yüksək nöqtəsinə çatmaq üçün təxminən 30 metrlik bir nərdivanla qalxdıqdan sonra illərə meydan oxuyan Anivanın zirvəsindən ətrafın mənzərəsini seyr edə bilərlər. Bununla belə, ekspertlər mayakın köhnə tikili olduğuna diqqət çəkir və ziyarətlərin sonsuza qədər davam edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Səyahət eksperti Dmitri Kulikov mayakın zaman keçdikcə köhnəldiyini bildirib və deyib:
"Mayak hələlik qənaətbəxş vəziyyətdədir. Onu ziyarət etmək hələ də təhlükəsizdir, lakin strukturun xarab olmağa başlayan hissələri olduğu üçün tezliklə təhlükəli ola bilər. Qüllənin bəzi yerlərində beton çürüməyə başlayıb. Yenə də metal qapılar. və strukturun içərisində olan digər avadanlıqlar paslanır və getdikcə yararsız hala düşür”.

Mayakın çox maraqlı olduğuna və vaxt varkən insanları mayakı ziyarət etməyə dəvət etdiyinə diqqət çəkən Kulikov, “Turistlər oraya ilk gələndə həmişə təəccüblənirlər. Mayak çox epik bir görünüşə malikdir. Dalğalara baxmayaraq, nəhəng dənizin ortasında dik durur”.

Aysun / Demedia.az