DÇ-2022-nin topu DƏYİŞDİRİLDİ - Yeni top “yuxu” mənasını verən...



 22:02 12.12.2022     647

Qətərdə keçirilən 2022-ci il dünya çempionatının yarımfinal mərhələsi sabah başlayacaq.

Demedia.az xəbər verir ki, Argentina-Xorvatiya və Fransa-Mərakeş matçları ilə yanaşı, bazar günü axşam oynanılacaq finalda nümayiş etdiriləcək yeni top futbolsevərlərin rəğbətini qazanıb.

2022-ci il dünya çempionatının finalına qədər geri sayım başlayıb. Həyəcan zirvəyə çatdığı bir vaxtda sabah keçiriləcək Argentina-Xorvatiya matçı ilə yarımfinal mərhələsi strat götürəcək. 

Çərşənbə günü İspaniya və Portuqaliyanı mübarizədən kənarlaşdıraraq Afrika qitəsindən yarımfinala yüksələn ilk komanda adını qazanan Mərakeş son çempion Fransa ilə qarşılaşacaq. Top mübadiləsi yarımfinal və final matçlarında baş tutacaq.

Turnirdəki əvvəlki matçlarda “səyahət” mənasını verən “Əl Rihla” adlı topdan istifadə olunub. Yarımfinal və final matçlarında istifadə olunacaq “Əl Hilm” adlı dəri tur futbolsevərlərə təqdim edilib.

Ərəbcə “yuxu” mənasını verən futbol topu da azarkeşlərin xoşuna gəlib. "Əl Hilm" də yarımfinalda istifadə olunacaq.
"Əl Hilm" topunda ofsayd qərarlarını daha sürətli və dəqiq qəbul etməyə kömək edən rabitə texnologiyası var. O, ev sahibi ölkənin rənglərindən və mürəkkəb memarlığından ilhamlanıb.

Final stadionunun qızılı rəngləri və məşhur çempionluq kuboku ilə parlayan yuvarlaq dəri Speedshell panel texnologiyası və almaz naxışı ilə diqqət çəkir.

Aysun / Demedia.az