Magistral yolda təhlükəli anlar: 5 işçinin etdikləri... - VİDEO


Türkiyənin Adana bölgəsində maraqlı hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, mikroavtobusun üstündə səfrə edən 5 işçinin görüntüləri sosial mediada izlənmə rekordları qırıb.
Tarladan qayıdan işçiləri daşıyan 33 AHG 280 nömrəli mikroavtobusun sürücüsü avtomobilin tutumu dolu olduğu üçün 5 nəfəri avtobusun üstündə əyləşdirib.
Təhlükəli səyahət tıxacda olan başqa bir sürücü tərəfindən cib telefonu ilə lentə alınıb.
Aysun / Demedia.az