Saça qulluq üçün möhtəşəm QARIŞIM - Bir gecə saxlayın...



 23:14 12.12.2022     988

İnsan üçün faydalı qarışımlardan biri də gənəgerçək yağıdır.

Demedia.az xəbər verir ki, bu yağın çox sayda faydası var. 

Güclü saçlara sahib olmaq üçün saç dərisinin sağlam olması vacib şərtdir. Sağlan saç dərisinə sahib olmaq üçün isə tük bitən dəri nahiyəsinə qulluq etmək lazımdır. Gənəcərçək yağı saç dərisinə ən yaxşı qulluq vasitəsidir. Gənəcərçək yağını tük diblərinə sürtmək dərini və tük köklərini qidalandırır, tük soğanaqlarını sağamlaşdırır. Bu da sağlam və gur saçların əmələ gəlməsinə səbəb olur. Davamlı olaraq saç diblərinə və saçlara gənəcərçək yağı sürtməksaçlarda quruluğu aradan qardırır, parlaqlıq verir, saçların ucunda baş verən haçalanmanın qarşısını alır.

Saçların ucunda olan haçalanmanın qarşısını almaq üçün gənəcərçək yağı saçın dibi daxil olmaqla uclarına da sürtülür və polietilen paketlə bükülür. Maska saçlarda ən azı 2-3 saat saxlanılır. Yağın saç uclarında gecə boyu qalması isə maskanın təsirini daha da artırır.

Gənəcərçək yağını kipriklərin və qaşların dibinı sürtdükdə isə tüklərin əmələ gəlməsi sürətlənir və uzanır.

Aysun / Demedia.az