Amerikalılar Baydenin ikinci dəfə prezident olmasını istəmir



 09:58 13.12.2022     348

ABŞ-da aparılan sorğuya görə, sakinlər Prezident Co Baydenə etibar etmirlər.

Demedia.az xəbər verir ki, bu barədə CNCBC televiziyası ilə “All-America Economic Research” şirkəti sorğu aparıb. Sorğuda iştirak edənlərin 70 faizi Baydenin növbəti dəfə prezident olmasını istəmir. Baydenin partiyası olan Demokrat partiyasının tərəfdarları arasında aparılan sorğuya görə isə onların 57 faizi Baydenin ikinci dəfə namizəd olmasını istəmir.

Sorğu iştirakçıları Baydenin prezidentliyinə qarşı çıxmalarını onun yaşı ilə əlaqələndiriblər. Sorğuya görə, Baydenin siyasətini bəyənməyənlərin faizi 54-ə çatıb. Bundan əvvəlki sorğuda bu rəqəm 50 faiz idi.

Bahadur Seyidov