Taxıl sazişinin həyata keçirilməsində Türkiyə önəmli rol oynayır - Rusiya



 10:28 13.12.2022     305

Taxıl sazişinin həyata keçirilməsində Türkiyə önəmli rol oynayır.

Demedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin  müavini Sergey Verşin belə deyib. İstanbuldakı görüşlərdən sonra jurnalistlərə açıqlama verən Verşin bildirib ki, müzakirələr məhsuldar keçib. Verşininin sözlərinə görə, İstanbuldakı müzakirələr zamanı taxıl sazişinin gedişatı da nəzərdən keçirilib. Rusiyalı nümayəndə qeyd edib ki, taxıl sazişinin şərtləri tam yerinə yetirilmir və taxıl yoxsul ölkələrə göndərilmir.

“Taxıl inkişaf etmiş varlı ölkələrə gedir. Bu saziş Asiya, Afrika və Latın Amerika ölkələrində yoxsul ölkələrin qida təhlükəsizliyini təmin etmək üçün razılaşdırılmışdı” - Verşin deyib.

Bahadur Seydiov