Qətər iddiaları rədd etdi



 11:28 13.12.2022     322

Qətər Avropa Parlamentinin bəzi iqtisadi və siyasi qərarlarına təsir etmək üçün strateji mövqelərdə olan siyasətçilərə rüşvət verməyib.

Demedia.az xəbər verir ki, Qətərin Avropa Birliyi Missiyasının rəsmi sosial media hesabında belə qeyd edilib. Bildirilib ki, mediada bəzi rəsmilər barədə irəli sürülən ittihamlar Qətərlə əlaqələndirilir. Lakin iddialar doğru deyil. Açıqlamada qeyd edilir ki, Qətər diplomatik münasibətləri korporativ əlaqələr vasitəsilə, beynəlxalq hüquqa və dövlətlər arasında münasibətləri tənzimləyən qaydalara tam uyğun həyata keçirir.

Qeyd edək ki, Belçika Federal Prokurorluğu Avropa Parlamentinin 4 nümayəndəsini nəzarətə götürüb. Onlar adı açıqlanmayan körfəz ölkəsinin lehinə  rüşvət qarşılığına lobbi fəaliyyəti yürütməkdə ittiham edilir.

Bahadur Seyidov