Peruda hökumət əleyhinə aksiyalar davam edir



 13:33 13.12.2022     333

Peruda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Demedia.az xəbər verir ki, etirazçılar yeni Prezident Dina Boluartenin istefasını və keçmiş Prezidenti Pedro Kastillonun azad edilməsini tələb edirlər. Nümayişçilər həmçinin Konqresin buraxılması barədə çağırışlar edir. Məlumata görə, etirazçılar bəzi strateji ərazilərə daxil olaraq, fəsadlar törədiblər. Polis gediş-gəlişi bağlayan nümayişçiləri dağıtmaq üçün güc tətbiq edib.

Qeyd edək ki, Pedro Kastillo Konqresin onun hökumətini hədəfə aldığını irəli sürərək, Konqresi buraxmışdı. Lakin Konqres Kastillonun vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul etmişdi. Ardınca Kastillo həbs edilmişdi.

Bahadur Seyidov