Əfqanıstan Pakistanla sərhəddəki qarşıdurmaya görə üzr istədi



 10:49 13.12.2022     357

Əfqanıstan Pakistanla sərhəddəki qarşıdurmaya görə İslamabaddan üzr istəyib.

Demedia.az xəbər verir ki, bu barədə Pakistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Əfqanıstanın üzr istəməsindən sonra problem həll edilib. Bildirilib ki, sərhəddəki təxribat Əfqanıstan tərəfindən təşkil edilib. Məlumata görə, pakistanlı hərbçilər sərhəddə bəzi təmir işləri həyata keçirərkən əfqanıstanlı sərhədçilərin maneəsi ilə qarşılaşıb. Məsələ böyüyüb və əfqanlar atəş açıb. İlk hücum zamanı xəsarət alan olmayıb.

Bildirilir ki, ikinci dəfə əfqanlar ağır silahlarla hücum edib. Pakistan tərəfi cavab verib. Əfqanlar 8-9 itki verib. Pakistan tərəfinin mülki itkiləri var.

Bahadur Seyidov