Çin növbəti peykləri kosmosa buraxdı
Çinin elmi təcrübələr və ətraflı yer müşahidələri üçün nəzərdə tutulmuş iki peyki kosmosa göndərib.
Demedia.az xəbər verir ki “Xian-20A” və “Xian-20B” peykləri kosmosa “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciucuen Peyk Mərkəzindən buraxılıb. “Xinhua” agentliyinin məlumatına görə, peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşiblər. Adı Çin dilində "təcrübə" mənasını verən peykdən kosmik mühiti müşahidə etmək və orbital texnologiyaları sınaqdan keçirmək üçün istifadə olunacaq.
Qeyd edək ki, peykin buraxılışı “Long March” raketləri ilə kosmosa göndərilən 454-cü uğurlu uçuş idi.
Bahadur Seyidov