Yunanıstan kəşfiyyatı naziri dinlədi



 18:32 13.12.2022     338

Yunanıstanın əmək naziri Kostis Hacidakisin Kəşfiyyat Xidməti tərəfindən "dinləndiyi" iddia edilib.

Demedia.az xəbər verir ki, “Documento” qəzetinin “telefon dinləməsi” qalmaqalı ilə bağlı dərc etdiyi xəbərdə belə deyilir. İddialara görə, Yunanıstan kəşfiyyatının dinlədiyi rəsmilər arasında ilk sıralarda Hacıdakis yer alıb. Məlumata görə, Hacıdakisin rəsmi telefon xətti "5046c kodu" ilə izlənilib. Dinləmə 2020 və 2021-ci illərdə qeydə alınıb. İddia edilir ki, Hacıdakisin müxtəlif rəsmilərlə görüşləri diqqət mərkəzində olub. Hacıdakis özü dinləndiyini istisna etməyib.

Qeyd edək ki, Yunanıstanda dinləmə qalmaqalı yunan jurnalist Thanasis Kukakisin mobil telefonunda casus proqramının üzə çıxmasından sonra gündəmə gəlib.

Bahadur Seyidov