Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə... - Politoloq



 13:00 13.12.2022     566

Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, o Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir:

"General Volkov əmr quludur. O bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin.

Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir".

Xəyalə Məmmədova / Demedia.az