Rusiya özü razılaşmaların icrasını əngəlləyən əsas tərəfdi - Politoloq açıqladı



 15:03 13.12.2022     568

Prezident İlham Əliyevə Vladimir Putinin zəngi Azərbaycanın son günlər sülhməramlı qüvvələrlə bağlı Rusiyaya nota verməsi və Laçın yolunda yumuşaq gücdən istifadə etməsi fonunda baş verdi.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədulalzadə deyib.

O bildirib ki, Putin telefon danışığında ənənəvi olaraq əldə olunan üç tərəfli razılaşmaların yerinə yetirilməsi vacibliyindən qeyd edir:

"Halbuki, Rusiya özü əldə olunmuş razılaşmaların icrasını əngəlləyən əsas tərəfdi.

Qeyd edim ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsində maraqlıdır. Məhz Putinin prezident İlham Əliyevlə telefon danışığında Paşinyanla görüşün keçirilməsi təklif etməsi istisna deyil. Rusiya təşəbbüsün Vaşinqtonun əlinə keçməməsi üçün bu görüşü təyin edir.

Prezident İlham Əliyev belə bir görüşün müsbət sonluqla keçməsində maraqlıdır. Dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşünü məhz müsbət nəticə əldə olunmayacağına görə təxirə saldı.

Artıq Paşinyan yeni görüş üçün Tiflisi uyğun görür. Təbii ki, bu Azərbaycanın bir neçə ay irəli sürdüyü təklifidir və Vaşinqton da bu təklifi dəstəkləyib. Tiflis görüşü Moskva və Brüsseldən fərqli olaraq daha da müsbət atmosferdə keçə bilər. Prosesi Vaşinqton dəstəkləyir. Demək, Vaşinqtondan N. Paşinyana ciddi təzyiqlər baş verib ki, Paşinyan Moskvaya deyil, Tiflis görüşündə maraqlıdır. Məhz Putin əl-ayağa düşməsini də anlamaq olar".

Xəyalə Məmmədova / Demedia.az