Telefonuna gələn mesaj həyatını dəyişdi, iki atası olduğunu öyrəndi



 23:10 13.12.2022     550

TikTok-da populyar olmasına baxmayaraq, onun sakit həyatı olub. O, ailəsi ilə dinc yaşayırdı. Yanvar ayında cib telefonuna gözlənilmədən mesaj gələndə həyatı tamamilə dəyişdi. 

Naməlum şəxs tərəfindən göndərilən bu mesajda onun DNT testinə ehtiyacı olduğu bildirilib. Gənc qadın əvvəlcə kiminsə onunla zarafat etdiyini düşünüb. Lakin onun şübhəsi hər keçən dəqiqə artırdı. Mesajı göndərdiyi dostunun məsləhəti ilə mesaja cavab verməyə qərar verən gənc qadın doğulduğu gündən bəri böyük bir yalan içində yaşadığını anlayacaq.

Leyn adlı qadın rəfiqəsinin məsləhəti ilə ona mesaj yazan bu şəxsə cavab yazıb və nəhayət DNT testindən keçməyə razı olub. Gənc qadının bu qərarında “Sizin xəbərsiz başqa ailəniz var” mesajı mühüm rol oynayıb. Ona israrla mesajlar göndərən və həqiqətin üzə çıxması lazım olduğunu deyən bu şəxsin mesajlarından sonra bir müddət tək qalan qadın keçmişi xatırlamağa çalışsa da, bu işdə o qədər də uğurlu ola bilməyib. Yadında qalan yeganə şey onun 9 yaşında ikən valideynlərinin boşanması idi.

Anasına telefonla zəng edən qadın gözlənilməz reaksiya ilə üzləşib. Qızının israrlı sualları qarşısında küncə sıxılan ana hər şeyi bir-bir qızına etiraf edib. Lane adlı qadın həmin anları belə danışıb.

Anam həmişə mənə atamın alkoqol və fırıldaqçı olduğunu deyirdi. Bu dəfə təkid etdim ki, mənə desin. O da dedi:
"Nə danışdığını bilirəm, kollecdə oxuyanda məndən 10 yaş kiçik bir kişi ilə münasibətdə olmuşam".
Anamın dediklərindən sonra şoka düşdüm.

Aysun / Demedia.az