8 yaşlı uşaq son anda ölümdən döndü - DƏhşətli HADİSƏ
Türkiyənin Aksaray bölgəsində dəhşətli anlar yaşanıb.
Demedia.az xəbər verir ki, fermer Üçlər Dəmirəl öküz tərəfindən qovulan 8 yaşlı oğlu Əhmədi son anda xilas etmək üçün qaçaraq hücumun qarşısını alıb.
Bu anlar anbaan kameraya əks olunub.
Hadisə Ağaçören mahalına bağlı Hüsrev kəndində baş verib. Fermer Üçlər Dəmirəl tövlədəki mal-qaranı suvarmaq üçün bağçaya çıxarıb. Bu sırada öküzlərdən biri fermerin oğlu Əhməd Dəmirəlin arxasınca düşməyə başlayıb.
Buğanı görən Dəmirəl son anda oğlunu xilas etmək üçün qaçaraq öküzün hücumunun qarşısını alıb.
O həmin analrı bu cür ifadə edib: "Buğanı görəndə dərhal qabağına qaçdım. Oğlumu yara almadan xilas edə bildim".
Aysun / Demedia.az