Yemək yeyərkən və dişlərini fırçalayarkən də bunu edir - Maraqlı rekord cəhdi



 22:01 13.12.2022     590

Braziliyalı akrobat Rikardo Neves 48 saat ərzində topu yerə atmadan oynatmağa çalışacaq.

Demedia.az xəbər verir ki, daha əvvəl 34 saat 5 dəqiqə sıçratmağı bacaran Neves rekord cəhdində də kifayət qədər iddialıdır.

Bir futbol topunu yerə atmadan nə qədər sıçrada bilərsiniz?

Qətərdə keçirilən dünya çempionatı tam sürətlə davam edərkən, braziliyalı akrobat Rikardo Neves yeni rekorda imza atmağa hazırlaşır.
2021-ci ildə futbol topunu yerə atmadan 34 saat 5 dəqiqə sovuraraq dünya rekordu qıran Rikardo Nevesin hazırkı hədəfi 48 saatdır.
13-14 dekabr tarixlərində sınağına çıxacaq Neves çox gərgin hazırlaşır.

Yemək yeyərkən və ya gündəlik işlərini görərkən belə topu sıçratmağa davam edə bilən Neves deyib:
"Dünyanın ən böyük futbol səhnəsinə çıxmaq hər bir oyunçunun və dünya rekordçusunun arzusudur".

Aysun / Demedia.az