Yunanıstanda dinləmə qalmaqalı davam edir


Yunanıstanda dinləmə qalmaqalı davam edir.
Demedia.az xəbər verir ki, Yunanıstan polisi dinləmələrlə bağlı bir sıra şirkətlərə basqın edib. Yunanıstanın ERT televiziyasının məlumatına görə, polis dinləmə proqramları ilə əlaqədar 6 şirkətdə axtarışlar aparıb. Məlumata görə, polis axtarışlar zamanı əldə edilən sənədlərə əsasən qərarlar verəcək.
Qeyd edək ki, Yunanıstanda nazirlər də daxil olmaqla bir sıra rəsmilərin dinləndiyi məlum olub. Məsələnin üstü jurnalistlərdən birinin telefonunda dinləmə proqramının aşkar edilməsindən sonra açılıb.
Bahadur Seyidov