Çin Tayvan ətrafına ordu yığdı



 12:33 14.12.2022     400

Çin ordusu Tayvan ətrafında hərbi fəaliyyətini davam etdirir.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çinə məxsus 18 bombardmançı təyyarə Tayvan ərazisinə daxil olub. Həmçinin Tayvan ətrafında 29 hava vasitəsi və 3 hərbi gəmi müşahidə edilib. Bundan əlavə, Çin Tayvan ətrafına daha bir neçə hərbi texnika cəlb edib. Tayvanın Müdafiə Nazirliyinin məlumatlarında ilk dəfə Çinin bu qədər hərbi təyyarə ilə Tayvan ərazisinə daxil olduğu qeyd edilib.

Qeyd edək ki, ABŞ rəsmilərinin Tayvana səfərindən sonra regionda gərginlik artıb.

Bahadur Seyidov