CAR Prezidenti ilə bağlı səsvermə keçirildi



 14:29 14.12.2022     493

Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaphosanın konstitusiyasını pozması ilə bağlı iddialar təsdiqini tapmayıb.

Demedia.az xəbər verir ki, məsələ ilə bağlı parlamentdə səsvermə keçirilib. Millət vəkillərinin əksəriyyəti iddiaları rədd edib. Bildirilib ki, səsvermə zamanı prezidentin əleyhinə qərar çıxsaydı o vəzifəsindən uzaqlaşdırılacaqdı. Səsverməyə 364 millət vəkili qatılıb və 214 nəfər sənədin əleyhinə səs verib. 4 deputat sənədin lehinə səs verib.

Qeyd edək ki, Ramaphosanın şəxsi villasının olduğu və həmin villaya təşkil edilən soyğunu polisdən gizlətdiyi irəli sürülürdü.

Bahadur Seyidov