İran Çin sədrinin səfərinə etiraz etdi



 15:19 14.12.2022     791

Çin sədri Si Cinpinin Səudiyyə Ərəbistanına səfər etməsi İran tərəfindən narazılıqla qarşılanıb.

Demedia.az xəbər verir ki, bu barədə İran Prezidentinin internet səhifəsində məlumat qeyd edilib. Bildirilib ki, Çin sədrinin son dövrlərdə bölgəyə təşkil etdiyi səfər və səfər zamanı gündəmə gələn məsələlər İran xalqında və hökumətində məmuniyyətsizliyə və şikayətlərə səbəb olub. İran tərəfi Pekindən səfər zamanı elan olunan bəyannaməyə görə üzrxahlıq etməsini istəyib.

Qeyd edək ki, Çin və Səudiyyə Ərəbistanı birgə bəyannamədə İrana xarici ölkələrin daxili işlərinə qarışmamaq barədə çağırış etmişdi.

Bahadur Seyidov