ABŞ Ukraynaya Patriot verir



 22:34 14.12.2022     1442

ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri vermək barədə qərar qəbul etmək üzrədir.

Demedia.az xəbər verir ki, ABŞ mediası hökumətdəki yüksək rütbəli nümayəndələrə istinadən belə xəbər yayıb. Bildirilir ki, ABŞ-ın bununla bağlı planı artıq yekunlaşmaq üzrədir. Məlumata görə, Vaşinqton sənədin son detallarını hazırlayır.

Qeyd edək ki, Ukrayna tərəfi Rusiya hücumlarına qarşı ABŞ-dan müdafiə sistemləri tələb etmişdi. ABŞ Kiyev tərəfinə bir sıra müdafiə sistemləri versə də, Ukrayna daha güclü vasitələr tələb edir.

Bahadur Seyidov