“İsveç üçlü memorandomun şərtlərinə önəm verir”



 18:32 14.12.2022     386

“İsveç, Finlandiya və Türkiyə ilə imzalanmış üçlü memorandomun şərtlərinə önəm verir”.

Demedia.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson belə açıqlama verib. O bildirib ki, İsveç ölkənin NATO-ya daxil olması barədə danışıqları davam etdirir. Baş nazirin sözlərinə görə, İsveçin müdafiə siyasətindəki ən önəmli məsələ NATO-ya üzv olmaqdır. Baş nazirin sözlərinə görə, İsveç NATO-ya üzv olmaq üçün Türkiyə ilə yanaşı Finlandiya ilə də danışıqları davam etdirir. O İsveçin NATO-ya üzv olmaqda qərarlı olduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verməsi üçün PKK-yə verdiyi dəstəyi dayandırmağı tələb edib.

Bahadur Seyidov