Əllərin keyiməsi CİDDİ XƏSTƏLİKDİR? - Video
Əl keyiməsi bir və ya hər iki əldə hiss olunan və ən çox görülən şikayətlərdən biridir.
Demedia.az bildirir ki, bu şikayətlər bütün əldə, ovucda, əlin yuxarı hissəsində və barmaqların uclarında və ya bəzi barmaqlarda hiss oluna bilər. Keyimə hissi daimi olaraq, müəyyən hərəkətlər edərkən və ya istirahət zamanı baş verə bilir. Bununla yanaşı, keyimə yazarkən, işləyərkən, xüsusi hərəkətləri yerinə yetirərkən və ya alət və ya avadanlıqdan istifadə edərkən də baş verə bilir. Bütün bu uyuşma və ya keyimə hissi insanın həyat keyfiyyətinə təsir edərək aşağı salır. Bəzi hallarda isə insan fəaliyyət qabiliyyətini belə itirə bilir.
Əl uyuşması bir çox fərqli faktordan qaynaqlana bilər və uyuşma, keyimə və yanma kimi şikayətlərə səbəb ola bilir. Daha ətraflı təqdim etdiyimiz videoda izləyə bilərsiniz:
Aysun / Demedia.az