Vardanyan Qarabağı tərk etməlidir - Politoloq



 16:05 14.12.2022     590

Vardanyan Qarabağı tərk etməlidir.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, onun qanunsuz şəkildə Xankəndinə gəlməsi və Azərbaycanla bağlı açıqlamaları sülh prosesinə zərər gətirir:

"Əgər aidiyyatı aktorlar Vardanyanı və hərbi birləşmələri oradan çıxartmasalar yeni hərbi əməliyyatlar labüd olacaq.

Əlbəttə, başa düşürük ki, onu ora gətirməyin əsas məqsədi yerli əhali ilə Bakı arasında danışıqların baş tutmasına mane olmaq idi. Həmin dairələr məqsədlərinə çatdılar. Vardanyan həm də Qərbdə təsir imkanlarına malikdir. Separatçılar Vardanyanın simasında beynəlxalq dairələr ilə münasibətlərini legitimləşdirmək istəyirlər".

Xəyalə Məmmədova / Demedia.az