Rusiyanı prosesdə yeganə neytrallaşdıracaq ölkə Türkiyədir - Politoloq açıqladı



 17:03 14.12.2022     546

Ermənistanın sülh müqaviləsindən yayınması, Rusiya variantına üstünlük verməsi Vaşinqton və Brüsselin N. Paşinyana qarşı mövqeyində dəyişikliyə gətirib çıxarıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əəsdulazadə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı da artıq Türkiyənin Ermənistanla Azərbaycan arasında vasitəçi olması mümkünlüyündə maraqlıdır:

"Çünki, Rusiyanı prosesdə yeganə neytrallaşdıracaq ölkə məhz Türkiyədir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında yalnız diplomatik əlaqələrin qurulması barədə ortaq məxrəc olduğunu qeyd etdi. Rəsmi Yerevan iki ildən artıq ki, sülh müqaviləsinin bağlanmasından yayınır. Bəs, Ermənistanın istədiyi nədir?! Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinin nəticəsidir ki, sülh müqaviləsindən yayınır. Məhz Qarabağa iddia irəli sürmək və Azərbaycanın ərazi bütövlüyünü tanımaması prosesi bu nöqtədə saxlayıb. Ermənistana isə, növbəti hərbi zərbə qaçılmaz görünür".

Xəyalə Məmmədova / Demedia.az