Ərdoğan da İstanbul Meri idi, onu da şeir oxuduğuna görə həbs etdilər - Açıqlama



 16:05 15.12.2022     609

AKP və Erdoğan İmamoğlunu niyə əsas namizəd etmək istəyir - əsl sual budur.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, AKP anlayır ki, İmamoğluna qarşı istənilən təqib, həbs qərarı onu daha da populyarlaşdırır, əslində tarixi təkrarlayırlar:

"Ərdoğan da İstanbul Meri idi, onu da şer oxuduğuna görə həbs etdilər, siyasi karyerası yüksəldi, əvvəl Baş Nazir, sonra da hakimi-mütləq prezident oldu. Yaxşı, bütün bunları bilə-bilə nədən Ekrem bəyə eyni yolu açırlar - bir daha, əsas sual budur.

Məncə məsələ belədir: Bu qərarın təsdiqi azı 1-1,5 il çəkəcək, yəni 6 aydan sonra baş tutacaq seçkilərə qədər Ekrem bəy nə həbs olunacaq, nə də siyasi fəaliyyətinə yasak gələcək, bu qərar həmən Ekrem bəyi 1-li namizəd edir, Akşener də məhz onun namizəd olmasını istəyir - amma bütün araşdırmalar göstərir ki, Ankara Meri Mensur Yavaşın reytinqi daha yüksəkdir, mühafizəkar-sağ-millətçi siyasi qanaddan gəlir, AKP seçmənindən ən çox o səs qoparda bilər. Deməli Erdoğan və onun PR komandası Yavaşdansa İmamoğlunun namizəd olmasını özləri üçün daha uyğun sayırlar. Həm müxalifətin birləşdiyi "6-lar masasında" da İmamoğludan çox Yavaşı istəyənlər üstünlük təşkil edir, yəni, Ekrem bəy namizəd olsa birlik dağıla bilər ki, bu da AKP üçün yaxşıdır.

Uzun sözün qısası, bəzən avtoritar hakimiyyətlər bilərəkdən özünə ən sərf edənə təzyiq edir ki, onu önə çəksin - bu həmişə belə olmur, amma ara-sıra işlədilən fənddir.

Ümid edirəm ki, qardaş Türkiyə üçün xeyirli-uğurlu seçkilər olacaq və yaxşı işlər Yavaş görüləcək...".

Xəyalə Məmmədova / Demedia.az