Əgər hər hansı erməni təxribatı olarsa... - Açıqlama



 17:04 15.12.2022     556

"Əgər Qarabağ İqtisadi Rayonunda ermənilər tərəfindən hər hansı atəş açılarsa Azərbaycan öz ərazisində qanunsuz silahlı birləşmələri təmizləmək hüququndan istifadə etmək haqqına sahibdir".

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Elman Sadıqov deyib.

Onun sözlərinə görə, çünki, 10 noyabr razılaşmasına əsasən Qarabağ İqtisadi Rayonunda hər hansı erməni ordusu, erməni silahlı hərbi billəşməsi, qüvvəsi, dəstəsi ola bilməz. İndi varsa, qanunsuzdur:

"Ermənistan ərazisindən Qarabağ İqtisadi Rayonuna hər hansı atəş açılması Azərbaycana Ermənistan ərazisindəki atəş nöqtələrini dərhal susdurmaq haqqı verir. KTMT-nin qarışmaq haqqı olmur. Çünki, Ermənistan özünü müdafiə etmir, qonşu dövlətə hücum edir. KTMT-də razılaşmaya əsasən tərəflərdən birinin ərazisi hücuma məruz qalarsa digər KTMT dövlətləri kömək edir. Ermənistanın 10 noyabr razılaşmasının müddəalarına əməl etməməsi, öz öhdəliklərini yerinə yetirməməsi onun KTMT-yə müraciət hüququnu da minimuma endirir;

İrandan aldığı PUA və raketlərə arxayınlıq erməni xalqını fəlakətə sürükləməkdir. Bu silahların istifadəsi Fransa daxil hər hansı bir dövlətin məsələyə (siyasi və digər) müdaxiləsini minimallaşdırır;

Əgər hər hansı erməni təxribatı olarsa Ermənistan öz öhdəliklərini yerinə yetirənə qədər rus sülhməramlılarının məsələyə nəzarətdən imtina edib kənara çəkilmə haqları da var;

Nəticə: hər hansı erməni təxribatı Ermənistanı çıxılmaz dalana sürükləməkdir. Bu təxribatın bedeli Zəngəzur dəhlizi, bu dəfə Ermənistanın tamamilə çökməsi və ya altından çıxılmayacaq təzminatdır".

Xəyalə Məmmədova / Demedia.az