NATO hərbi büdcəsini artırdı



 14:47 15.12.2022     355

NATO-nun 2023-cü il  üçün hərbi büdcəsinin 25 faiz artırılaraq təqribən 1,96 milyard avroya çatdırılması qərara alınıb.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, büdcə artımı NATO müttəfiqlərinin Madriddə keçirilən sammitində qarşıya qoyduğu məqsədə nail olmaq istədiyinin qəti ifadəsidir. Stoltenberq bəyan edib ki, ölkələr NATO daxilində daha çox və daha yaxşı sərmayə qoymağa davam etməlidir.

Qeyd edək ki, NATO-nun mülki büdcəsi NATO qərargahının personalı, əməliyyat xərcləri və proqram xərcləri kimi məsrəflərdə istifadə olunur. Hərbi büdcə isə NATO-nun əməliyyatları, missiyaları və qərargahdakı komandanlıq strukturunun əməliyyat xərclərində istifadə olunur.

Bahadur Seyidov