ABŞ-ın Nümayəndələr Palatası müvəqqəti büdcə layihəsini təsdiq etdi



 15:49 15.12.2022     316

ABŞ-ın Nümayəndələr Palatası federal hökumətin fəaliyyətini dayandırmasının qarşısını alan müvəqqəti büdcə layihəsini təsdiq edib.

Demedia.az xəbər verir ki, sənəd dekabrın 23-dək ABŞ federal hökumətini maliyyələşdirməyi nəzərdə tutur. Qanun layihəsinin lehinə 224 əleyhinə 201 səs verilib. Beləliklə, sənəd az səs fərqi ilə qəbul edilib. Nümayəndələr Palatasından keçən yeni qanun layihəsi Senata təqdim edilib.

Senatda da təsdiq olunandan sonra müvəqqəti büdcə layihəsinin qanuna çevrilməsi üçün Prezident Co Baydenə təqdim olunacaq.

Bahadur Seyidov