Parisdə mərakeşli və fransız azarkeşlər arasında toqquşmalar oldu



 16:15 15.12.2022     318

Paris başda olmaqla Fransanın bir çox şəhərində milli komandanın dünya çempionatının yarımfinalında Mərakeşi 2-0 məğlub etməsi münasibətilə tədbirlər qeyd edilib.

Demedia.az xəbər verir ki, bir sıra şəhərlərdə radikal sağçı qruplar ixtişaşlar təşkil edib. Parisdə baş verən ixtişaşlarda 115 nəfər saxlanılıb. Nitsada şəhərində asayişi pozanlar irqçi sözlər söyləyərək mərakeşli azarkeşlərə hücum ediblər. Lion, Nitsa və Monpelye şəhərlərində də mərakeşli azarkeşlərə qarşı hücum cəhdləri olub.

Qeyd edək ki, futbol oyununu izləyən mərakeşli və fransız azarkeşlər arasında toqquşmaların olmaması üçün ayrı-ayrı ərazilərdə televizorlar quraşdırmışdı.

Bahadur Seyidov