İran və Rusiya kosmik sənayedə əməkdaşlığa dair memorandum imzaladı



 16:47 15.12.2022     320

İran və Rusiya kosmik sənayedə əməkdaşlığa dair memorandum imzalayıb.

Demedia.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb. Bildirilib ki, anlaşma memorandumu İranın Kosmik Agentliyi və Rusiya Federal Kosmik Agentliyinin rəsmiləri arasında İranın Kiş adasında keçirilən Beynəlxalq Aviasiya Sərgisi zamanı imzalanıb. İmza mərasimində çıxış edən İran Kosmik Agentliyinin prezidenti Hasan Salariye bildirib ki, memorandum iki ölkə arasında kosmos sahəsində əməkdaşlığa dair kommunikasiyanı gücləndirəcək.

"Roskosmos"un prezidenti Yuri Borisov isə qeyd edib ki, İran bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edib. Borisov bəyan edib ki, iki ölkə arasındakı birgə proqramda iranlı astronavtların Rusiya kosmik stansiyasına göndərilməsi də nəzərdə tutulub.

Bahadur Seyidov