İran ordusu Fars körfəzində yük gəmisini ələ keçirdi



 17:15 15.12.2022     355

İran ordusu Fars körfəzində qanunsuz olaraq yanacaq daşıyan gəmini ələ keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Hörmüzgan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Mücteba Kahramani açıqlama verib. O bildirib ki, ələ keçirilən gəminin göyərtəsinə 12 heyət üzvü olub. Onlar saxlanılıb. Məlumata görə, gəmi Kəşm adası sahillərində nəzarətə alınıb. Axtarışlar zamanı gəmidə 330 min litr qaçaq yanacağın olduğu müşahidə edilib. İranın rəsmi mənbələri hələlik gəminin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.

Qeyd edək ki, İran bir müddət əvvəl də xarici ölkəyə məxsus  gəmini ələ keçirmiş, ardınca sərbəst buraxmışdı.

Bahadur Seyidov