Rusiyanın Təhlükəsizlik Şurasından uzaqlaşdırılması tələb edildi



 17:54 15.12.2022     330

ABŞ-ın Nümayəndələr Palatasına Rusiyanın BMT Təhlükəsizlik Şurasından uzaqlaşdırılması üçün qətnamə layihəsi təqdim edilib.

Demedia.az xəbər verir ki, sənəd Tennessi nümayəndəsi Stiv Koen və Cənubi Karolina nümayəndəsi Co Vilson tərəfindən hazırlanıb. Onlar bildiriblər ki, Ukrayna müharibəsinə görə Rusiya Təhlükəsizlik Şurasından uzaqlaşdırılmalıdır. Nümayəndələr Rusiyanın Ukraynanı səbəb olmadan işğal etdiyini ifadə ediblər.

Onların sözlərinə görə, Rusiyanın Təhlükəsizlik Şurasında qalması BMT-nin prinsiplərini pozur. Rusiyanın BMT TŞ-dən çıxarılması üçün təqdim edilən qətnamə layihəsində Rusiyanın “ardıcıl və qəsdən” BMT prinsiplərini pozduğu bildirilib.

Bahadur Seyidov