Dünya Kubokunda Messi KƏHANƏTİ: Hamısı baş tutdu



 20:02 15.12.2022     683

DÇ-2022 artıq finalçılar müəyyənləşdi: Argentina və Fransa. Sonuncu dəfə mundialda meydana çıxan Messi ölkəsi ilə çempionluğa yüksəlmək istəyir. 

Demedia.az xəbər verir ki, bu döyüşdə komanda yoldaşı Mbappe ilə mübarizə aparacaq argentinalı ulduz haqqında diqqətəlayiq iddialar irəli sürülüb.
Argentina millisi ilə 2014-cü ildən sonra bir daha Dünya Kubokunun finalına yüksələn Lionel Messi bazar günü keçiriləcək final matçının karyerasında son dünya çempionatı matçı olacağını bildirib:

"Finala yüksəldiyimiz üçün çox şadam. Dünya Kubokunda son matçımı final matçında oynadığım üçün çox xoşbəxtəm. Yaşadığım hər şey, bu dünya çempionatı həyəcanlı. Əlbəttə, bu, dünya çempionatındakı son oyunum olacaq. Növbəti dünya çempionatına bir neçə il qalıb və orada olacağımı düşünmürəm. Ən yaxşısı budur ki, belə bitir”.

İndiyədək Argentina forması ilə meydana çıxdığı 171 matçda meydana çıxan Lionel Messi 96 qol vurub. 2022-ci ildə Qətər Dünya Çempionatında 5 qol vuran 35 yaşlı ulduz Argentina ilə dünya çempionatı matçlarında vurduğu 11-ci qoluna çatıb və ölkəsinin dünya çempionatının bombardiri olub. Digər tərəfdən ulduz adın turnirdə 3 asisti var. Lionel Messi 8 məhsuldar ötürmə ilə Dieqo Armando Maradonanın mundialda ötürmə sayını geridə qoyub.
Turnirdən əvvəl deyilən bir çox iddialar arasında ən çox diqqət çəkəni Lionel Messi ilə bağlı idi. Dünya Kubokunda "PSJ kehaneti" çempionluqdan əvvəl oxları Lionel Messiyə çevirmişdi.

2001-ci ildə dünya futbolunun ən önəmli adlarından biri olan Ronaldinyo Fransa nəhəngi Paris Saint-Germainə keçdi. Bu transferi ilə diqqət çəkən braziliyalı ulduz çıxışı ilə pərəstişkarlarının rəğbətini qazanıb. Ronaldinyo 2002-ci il Dünya Kubokunda Braziliya yığmasının heyətində yer aldı. Həmin il Braziliya finala vəsiqəni götürdü və Almaniya ilə qarşılaşdı. Ronaldonun qolları ilə Almaniyanı 2:0 hesabı ilə məğlub edən Braziliya 2002 Dünya Kubokunu qazanıb.

Tarixlərin 2017-ci ili göstərdiyi kimi, PSJ bu dəfə Kilian Mbappeni heyətinə cəlb edib. Gənc yaşlarında rekordlar qıran dünya ulduzu DÇ-2018-in Fransa heyətində yerini alıb. Final matçında Xorvatiya ilə qarşılaşan Fransa bu görüşdə 4-2 hesabı ilə qalib gəlib. Kilian Mbappe komandasının 4-cü qolunu vurub. Bu hesabla Fransa 2018-ci il dünya çempionatının çempionu kimi tarixə düşüb.

"Barselona"nın əfsanəvi futbolçusu Lionel Messi ötən mövsüm aldığı qərarla Paris Saint-Germain ilə anlaşıb. İndiyədək göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkən super ulduz bu il oynanılacaq 2022 Dünya Çempionatında yerini alıb.

Messi indiyə qədər Argentina yığması ilə dünya çempionu olmayıb. Bu il yeni zirvələrə imza ataraq tarix yazmaq istəyən Messi ölkəsinin finala yüksəlməsində aparıcı rol oynadı. PSJ transferindən bir il sonra Ronaldinyo və Mbappenin Dünya Kuboku çempionluğu oxları Lionel Messiyə çevirdi. Bu kehanetə görə, Messinin kapitanı olduğu Argentinanın çempionluğa yüksələcəyi gözlənilir.

Aysun / Demedia.az